«Qəbələ»nin gənc boksçularından 2 medal
Boks / 17 Fevral 2019 | 22:011139
«Qəbələ»nin gənc boksçularından 2 medal

Gənc boksçular arasında keçirilən Azərbaycan birinciliyi başa çatıb. Bakı və respublikanın müxtəlif bölgələrini təmsil edən 35 komandanın qatıldığı yarışda 150-yə yaxın idmançı mükafatlar uğrunda mübarizə aparıb. “Qəbələ” İdman Klubunun təmsilçiləri də rinqdə qüvvəsini sınayıb. 5 gün davam edən birincilikdə iki idmançımız mükafatçılar sırasına düşüb. Boks Mərkəzində təşkil edilən yarışda Fərid İsmayıllı (69 kq) finala qədər bütün rəqiblərini məğlub edib. Klubumuzun Qəbələ bölməsinin yetirməsi olan gənc boksçu yalnız həlledici qarşılaşmada uduzaraq gümüş medala yiyələnib. Mübarizəni yarımfinalda dayandıran Sadıq Sadıqov (81 kq) da fəxri kürsüyə qalxıb. İdmançımız birinciliyin bürünc mükafatını qazanıb.