“Qəbələ” – “Turan Tovuz” oyununun vaxtı dəqiqləşdi
Xəbərlər / 21 Mart 2024 | 15:351534
“Qəbələ” – “Turan Tovuz” oyununun vaxtı dəqiqləşdi

Misli Premyer Liqasında XXX turun oyun cədvəli açıqlanıb. Aprelin 12-də start götürəcək turun görüşləri ayın 14-dək davam edəcək.

 

“Qəbələ” turun ikinci günündə meydana çıxacaq. “Qırmızı-qaralar” öz meydanında “Turan Tovuz”la qarşılaşacaq. Qəbələ şəhər stadionundakı görüşün start fiti saat 16:30-da veriləcək. 

 

Qeyd edək ki, matç “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

 

Misli Premyer Liqası

XXX tur

13 aprel (şənbə)

16:30. “Qəbələ” – “Turan Tovuz”

Qəbələ şəhər stadionu