Rafael Ağayev bürünc medal qazandı
Karate / 18 Fevral 2019 | 10:511019
Rafael Ağayev bürünc medal qazandı

“Qəbələ” İdman Klubunun və Azərbaycan milli komandasının karateçisi Rafael Ağayev növbəti mükafatını qazanıb. İdmançımız Birləşmiş Ərəb Əmirliklərində keçirilən Dubay Karate 1 Premyer Liqasında fərqlənib. Ağayev nüfuzlu yarışda 75 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Karateçimiz xorvatiyalı İvan Martinaçı 1:0, italiyalı Andrea Minardini 4:0, türkiyəli Erman Eltemuru 2:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Finalın bir addımlığında iranlı Bəhmən Əsgəriyə 0:2 hesabı ilə uduzan Rafael bürünc medal uğrunda döyüşə çıxıb. Fransa təmsilçisi Loqan Da Kostanı məğlubiyyətə uğradan karateçimiz turnirdə 3-cü yeri tutaraq bürünc mükafatın sahibi olub.