Rafael Ağayev mükafatlandırıldı
Karate / 26 Yanvar 2020 | 16:13773
Rafael Ağayev mükafatlandırıldı

Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun karateçisi Rafael Ağayev (75 kq) ötən mövsümün nəticələrinə əsasən "Grand Winners" mükafatı ilə təltif olunub. Bununla da Azərbaycan karateçisi növbəti dəfə dünyanın ən yaxşı döyüşçüləri arasında yer alıb. 

Dünya Karate Federasiyasının (WKF) ilin yekunlarına əsasən təsis etdiyi bu nüfuzlu mükafat, hər çəki dərəcəsində ən yüksək nəticə göstərən idmançılara təqdim olunur. İdmançılara mükafatları WKF prezidenti Antonio Espinos və Karate1 Premyer Liqa turnirinin Paris mərhələsinin təşkilatçısı, Fransa Karate Federasiyasının prezidenti Fransis Didye təqdim edib.