Sənan Şükürov Azərbaycan çempionu oldu
Xəbərlər / 6 May 2024 | 13:27639
Sənan Şükürov Azərbaycan çempionu oldu

“Qəbələ” İdman Klubunun təmsilçisi Sənan Şükürov növbəti uğuruna imza atıb. İdmançımız qol güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatının qalibi olub.

 

O, 95 kq çəki dərəcəsində fərqlənib. Sənan bütün rəqiblərinə qalib gəlib. Azərbaycan çempionu adını qazanan Şükürov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.