U-16-dan 7 cavabsız qol
Xəbərlər / 19 Mart 2024 | 17:341590
U-16-dan 7 cavabsız qol

“Qəbələ” Futbol Akademiyasının komandaları növbəti oyunlarını keçiriblər. U-17 evdə “Neftçi” PFK ilə görüşüb. “Qırmızı-qaralar” matçdan xalsız ayrılıb – 1:2. 24 oyunda 44 xal toplayan “Qəbələ” 5-ci pillədə qərarlaşıb.

 

U-16 öz meydanında “Masallı” ilə görüşüb. Komandamız 7 cavabsız qolla qalib gəlib. 22 görüşdə 32 xal toplayan “qırmızı-qaralar” turnir cədvəlində 7-cidir.