Üç futbolçumuz U-21-də
Xəbərlər / 18 Mart 2024 | 09:241566
Üç futbolçumuz U-21-də

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. “Qəbələ”nin üç futbolçusu yığmaya çağırılıb.  Bu oyunçular İbrahim Ramazanov, Mehrac Baxşalı və Emil Səfərovdur.

 

Millimiz martın 18-dən 26-dək Bakıda təlim-məşq toplanışı keçirəcək. U-21 Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 22-də, saat 16:00-da İngiltərə, martın 26-da, saat 16:00-da isə Ukraynanın müvafiq yaş qrupundan ibarət yığma komandaları ilə qarşılaşacaq. Hər iki oyun "Azersun Arena"da keçiriləcək