“Qəbələ-2”dən 5 cavabsız qol, Sənandan het-trik
Xəbərlər / 29 Aprel 2024 | 17:01913
“Qəbələ-2”dən 5 cavabsız qol, Sənandan het-trik

“Qəbələ-2” – “Kəpəz-2” – 5:0

29 aprel 2024. Saat 15:00. Qəbələ şəhər stadionu (ehtiyat meydança). 20 tamaşaçı

Baş hakim: Namiq Bəkirov

Baş hakimin köməkçiləri: Səbuhi Soltanov, Ruslan Quliyev

Dördüncü hakim: Sərxan İsmayılov

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Yavər Rəhimov

Sarı vərəqə: İbrahim Ramazanov, 77 (qeyri-idman hərəkəti)

Qollar: Sənan Ağalarov, 22, 26, 28; Mehrac Baxşalı, 61; Bilal İsmayılov, 89

Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - yoxdur.

 

“Qəbələ-2” növbəti oyununu keçirib. Komandamız Əvəzedicilər liqasının XXXII turunda “Kəpəz-2” ilə görüşüb.

 

Matç Qəbələ şəhər stadionunun ehtiyat meydançasında baş tutub. Çempionluq uğrunda mübarizə aparan “qırmızı-qaralar” görüşün taleyini ilk yarıda həll edib.

 

Komandamızın bombardiri Sənan Ağalarov hissənin ortalarında məhsuldarlıq nümayiş etdirib. O, yeddi dəqiqəyə vurduğu üç qolla het-trikini rəsmiləşdirib. 

 

Komandamız ikinci hissədə daha iki dəfə fərqlənib. Mehrac Baxşalı və Bilal İsmayılov qonaqların qapısına yol tapıblar.

 

Beləliklə, Famil Xəlilovun baş məşqçisi olduğu komanda 5:0 hesabı ilə qalib gəlib. 32 oyundan sonra 75 xala malik “Qəbələ-2” turnir cədvəlində ikinci pillədə qərarlaşıb.

 

“Qəbələ-2”

 

36. Elməddin Sultanov

33. Hüseyn Mürsəlov

18. Mehrac Baxşalı

71. Sənan Ağalarov

(23. Xəyyam Məmmədli, 62)

22. Fərid İsgəndərov (k)

(21. Bilal İsmayılov, 46)

53. Elnur İbragimov

66. Nuğay Rəşidov

(44. Ravil Qafarov, 62)

97. Emil Süleymanov

(78. İlkin Budaqov, 62)

25. İbrahim Ramazanov

77. Okan Təhməzli

27. Eşqin Əhmədov

(16. Namiq Şamilov, 46)

 

Ehtiyat oyunçular:

 

74. İslam Abduləzizov

 

Baş məşqçi: Famil Xəlilov

 

“Kəpəz-2”

 

18. Elgün Bayramov

20. Mahir Həsənov

6. Nemət Musayev

77. Nicat Məmmədov

17. Ümid Səmədov (k)

13. Fərid Kələntərov

87. Sənan Əliyev

55. Rail Əmirquliyev

5. Toğrul Məmmədov

57. Amur Yusifov

(27. Fariz Nəcəfov, 26)

51. Cəlil Allahverdiyev

 

Ehtiyat oyunçular:

 

68. Pərvin Zeynalov

79. İlkin İsgəndərli

 

 

Baş məşqçi: Xaliq Mərdanov