“Qəbələ”dən ardıcıl 3-cü qələbə
Xəbərlər / 19 May 2024 | 18:08986
“Qəbələ”dən ardıcıl 3-cü qələbə

“Qəbələ” – “Araz-Naxçıvan” – 2:0

19 may 2024. Saat 16:00. Qəbələ şəhər stadionu, 500 tamaşaçı

Baş hakim: Elvin Bayramov

Baş hakimin köməkçiləri: Vüsal Məmmədov, Tərlan Talıbzadə

Dördüncü hakim: Əkbər Əhmədov

VAR: Rəşad Əhmədov

AVAR: Elşad Abdullayev

Hakim-inspektor: Əmrah İbrahimov

AFFA nümayəndəsi: Rüfət Əmirov

Sarı vərəqələr: Emil Səfərov, 38 (hakimin qərarına etiraz); Bilel Auaşeriya, 80 (qeyri-idman hərəkəti)// Kadiri Mohammed, 12 (qeyri-idman hərəkəti); Vanderson Melo, 25 (qeyri-idman hərəkəti); İsmail Azzaui, 25 (hakimin qərarına etiraz); Abdulla Rzayev, 49 (qeyri-idman hərəkəti); Miço Kuzmanoviç, 90+2 (qeyri-idman hərəkəti)

Qollar: Osama Xalayla, 51; Əyyub Allaş, 87

Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 5 dəq.

 

Bu gün Misli Premyer Liqasında XXXV tura yekun vurulub. Turun son matçı Qəbələdə baş tutub. Mövsümdə son ev oyununa çıxan “Qəbələ” “Araz-Naxçıvan”ı qəbul edib.

 

Qarşılaşmanın taleyi ikinci 45 dəqiqədə həll olunub. Fasilədən az sonra Osama Xalayla qonaqların qapısına yol tapıb. Bu, onun mövsümdə 9-cu çempionat qolu olub.

 

Görüşün sonlarında komandamız fərqi iki topa çatdırıb. Bu dəfə Əyyub Allaş fərqlənib. O, mövsümdəki qol sayını 5-ə çatdırıb. Beləliklə, “Qəbələ” ardıcıl 3-cü qələbəsini qazanıb. 

 

Qeyd edək ki, komandamız növbəti matçını mayın 25-də keçirəcək. “Qırmızı-qaralar” Misli Premyer Liqasının XXXVI turunda “Sumqayıt”ın qonağı olacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşma saat 19:00-da başlayacaq.

 

“Qəbələ”

1. Rəşad Əzizli

34. Urfan Abbasov (k)

28. Murad Musayev

7. Emil Səfərov

(11. Asif Məmmədov, 88)

25. İbrahim Ramazanov

27. Eşqin Əhmədov

10. Klesio Bauk

(20. Bilel Auaşeriya, 57)

4. Lukas Afriko

99. Ahmed Ayzaya

(30. Şahin Şahniyarov, 78)

9. Əyyub Allaş

(12. Nicat Əliyev, 88)

72. Osama Xalayla

 

Ehtiyat oyunçular:

 

13. Kristof Atanqana

36. Elməddin Sultanov

2. İlkin Qırtımov

5. Rauf Hüseynli

71. Sənan Ağalarov

97. Emil Süleymanov

77. Okan Təhməzli

17. Yaovi Akakpo

 

Baş məşqçi: Kaxaber Tsxadadze

“Araz-Naxçıvan”

12. Kristian Avram

6. Vadim Abdullayev (k)

(39. Tural Bayramlı, 79)

10. Orxan Əliyev

(9. Elvis Maşike, 63)

3. Turan Manafov

(55. Zamiq Əliyev, 63)

2. Abdulla Rzayev

11. Ramin Nəsirli

(7. Nicat Süleymanov, 79)

29. Vanderson Melo

42. Kadiri Mohammed

14. Miço Kuzmanoviç

4. İqor Ribeyro

8. İsmail Azzaui

(19. Aksel Nqando, 63)

 

Ehtiyat oyunçular:

 

1. Vüsal Şabanov

22. Elçin Mustafayev

17. İldar Alekperov

88. Tuqay Əlizadə

13. Mirəli Əhmədov

 

Baş məşqçi: Elmar Baxşıyev