“Qəbələ”dən səfər qələbəsi
Xəbərlər / 6 May 2024 | 20:54611
“Qəbələ”dən səfər qələbəsi

“Səbail” – “Qəbələ” – 2:3

6 may 2024. Saat 19:00. “ASCO Arena”, 200 tamaşaçı

Baş hakim: Əli Əliyev

Baş hakimin köməkçiləri: Cəmil Quliyev, Eyyub İbrahimov

Dördüncü hakim: Rəvan Həmzəzadə

VAR: Rəşad Əhmədov

AVAR: Namiq Hüseynov

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Namiq Əliyev

Sarı vərəqələr: Yadin Luqasi, 67 (qeyri-idman hərəkəti) // Zurab Oçiqava, 14 (qeyri-idman hərəkəti); Emil Səfərov, 62 (oyunun bərpasının ləngidilməsi); İbrahim Ramazanov, 83 (qeyri-idman hərəkəti)

Qollar: Aleksandr Ramalinqom, 17 (p.); Pedro Nuno, 40 (p.) // Osama Xalayla, 20, 56 (p.); Əyyub Allaş, 32

Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 4 dəq.

 

Misli Premyer Liqasında XXXIII tura yekun vurulub. Son oyun günündə bir matç baş tutub.

 

“Qəbələ” səfərdə “Səbail”lə görüşüb. “ASCO Arena”dakı qarşılaşmanın ilk yarısı məhsuldar alınıb.

 

Öncə Bakı klubu penaltidən hesabı açıb. Komandamız üç dəqiqə sonra bərabərlik qoluna sevinib. Osama Xalayla mövsümdə 7-ci dəfə fərqlənməklə “qırmızı-qaralar”ın ən məhsuldar oyunçusu olub.

 

Fasiləyədək komandalar hərəyə bir qol da vurub. Öncə Əyyub Allaş “Qəbələ”ni hesabda önə çıxarıb. Bu, onun mövsümdə 3-cü qolu olub. Amma meydan sahibləri ilk yarının sonlarında hesaba tarazlıq gətirib.

 

İlk yarı kimi ikinci hissədə hücumlarla zəngin olub. Belə hücumların birində Osama Xalayla paytaxt təmsilçisinin qapısına yol tapıb – 3:2. Dublunu rəsmiləşdirən futbolçu qol sayını 8-ə çatdırıb.

 

Bu top “Qəbələ”yə qələbə qazandırıb. Komandamız paytaxtda 3:2 hesabı ilə qalib gəlib.

 

Qeyd edək ki, “qırmızı-qaralar” növbəti oyununu mayın 12-də “Sabah”a qarşı keçirəcək. Misli Premyer Liqasının XXIV turunun görüşü Qəbələ şəhər stadionunda baş tutacaq. Qarşılaşma saat 17:00-da başlayacaq.

 

“Səbail”

1. Səlahət Ağayev

5. Adil Nağıyev (k)

17. Rafael Məhərrəmli

11. Rüfət Abdullazadə

(74. Yusif Nəbiyev, 60)

88. Valdemar Almeyda

(7. Madi Queta, 60)

9. Aleksandr Ramalinqom

(4. Adi Mehremiç, 85)

27. Pedro Nuno

3. Silvayin Deslandes

21. Anas Najah

44. Yadin Luqasi

(77. Ayub Masika, 75)

14. Suleyman Alluş

(19. Samir Abdullayev, 75)

 

Ehtiyat oyunçular:

 

12. Hüseynəli Quliyev

10. Ağabala Ramazanov

6. Cabir Əmirli

15. Vüqar Həsənov

8. Bahadur Həziyev

18. Süleyman Əhmədov

55. Nir Bardea

 

Baş məşqçi: Şahin Diniyev

 

“Qəbələ”

1. Rəşad Əzizli

34. Urfan Abbasov (k)

12. Nicat Əliyev

7. Emil Səfərov

(97. Emil Süleymanov, 90+2)

25. İbrahim Ramazanov

30. Şahin Şahniyarov

(11. Asif Məmmədov, 82)

27. Eşqin Əhmədov

10. Klesio Bauk

(20. Bilel Auaşeriya, 66)

3. Zurab Oçiqava

9. Əyyub Allaş

(17. Yaovi Akakpo, 82)

72. Osama Xalayla

 

Ehtiyat oyunçular:

 

13. Kristof Atanqana

36. Elməddin Sultanov

2. İlkin Qırtımov

71. Sənan Ağalarov

99. Ahmed Ayzaya

19. Samuel Tetteh

 

Baş məşqçi: Kaxaber Tsxadadze