“Qəbələ” – “Sabah”: 27-ci duel
Xəbərlər / 10 May 2024 | 16:43580
“Qəbələ” – “Sabah”: 27-ci duel

Bu həftə Misli Premyer Liqasında XXXIV turun oyunları keçiriləcək. “Qəbələ” evdə “Sabah”la görüşəcək.

 

Qəbələ şəhər stadionunda keçiriləcək görüş iki komanda arasında 27-ci matç olacaq. Bunadək rəqiblər ümumilikdə 26 dəfə görüşüb. Əvvəlki oyunlarda “Qəbələ” 10 dəfə qalib gəlib, 3 dəfə heç-heçə edib və 13 dəfə uduzub. Rəqib qapısına 28 qol vuran futbolçularımız 40 top buraxıblar. 

 

Komandamızın heyətində Ülvi İsgəndərov daha çox – 4 dəfə fərqlənib. Davit Volkov, Klesio Bauk və Nikolas Raysel hərəyə 3 qol vurublar.

 

İndiyədək keçirilən 26 matçdan 22-si çempionat, 4-ü kubok çərçivəsində baş tutub. Premyer Liqada 6 qələbə və 3 heç-heçəsi olan “Qəbələ” 13 qarşılaşmadan xalsız ayrılıb. Top fərqi bakılıların xeyrinədir – 38-20.

 

“Qəbələ” evdə keçirdiyi 12 görüşdə 5 qələbə qazanıb, 3 heç-heçə edib və 4 dəfə dueldən xalsız ayrılıb. Bu oyunlarda top fərqində paytaxt klubu öndədir – 15-14.

 

Qeyd edək ki, mayın 12-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” - “Sabah” oyunu saat 17:00-da başlayacaq.

 

2018/19 mövsümü

16.09.2018. Premyer Liqa. “Sabah” – “Qəbələ” – 1:0

Marko Deviç, 23

04.11.2018. Premyer Liqa. “Qəbələ” – “Sabah” – 2:1

Ceyms Adeniyi, 5; Stiven Monroz, 15 // Bəxtiyar Soltanov, 52

16.12.2018. Azərbaycan Kuboku. “Qəbələ” – “Sabah” – 1:0

Filip İvanoviç, 45 (ö.q.)

20.12.2018. Azərbaycan Kuboku. “Sabah” – “Qəbələ” – 0:1

Ceyms Adeniyi, 80

09.02.2019. Premyer Liqa. “Sabah” – “Qəbələ” – 0:1

Rauf Əliyev, 31

01.04.2019. Premyer Liqa. “Qəbələ” – “Sabah” – 0:0

2019/20 mövsümü

14.09.2019. Premyer Liqa. “Sabah” – “Qəbələ” – 0:1

Roman Hüseynov, 47

03.11.2019. Premyer Liqa. “Qəbələ” – “Sabah” – 1:2

Davit Volkov, 43 // Cavid İmamverdiyev, 54; Hendrik Ekşteyn, 73

15.12.2019. Azərbaycan kuboku. “Qəbələ” – “Sabah” – 3:0

Klesio Bauk, 19, 43; Ülvi İsgəndərov, 87

19.12.2019. Azərbaycan kuboku. “Sabah” – “Qəbələ” – 2:3

Bəhlul Mustafazadə, 62, 75 // Davit Volkov, 22, 23; Klesio Bauk, 65

07.02.2020. Premyer Liqa. “Sabah” – “Qəbələ” – 3:2

Marko Deviç, 19; Mario Marina, 22; Ehtiram Şahverdiyev, 64 (ö.q.) // Ülvi İsgəndərov, 5; Nikolas Raysel, 90+2 (p.)

2020/21 mövsümü

13.09.2020. Premyer Liqa. “Sabah” – “Qəbələ” – 3:0

Coşqun Diniyev, 17; Bəhlul Mustafazadə, 28; Ramil Şeydayev, 64

31.10.2020. Premyer Liqa. “Qəbələ” – “Sabah” – 2:1

Yusif Nəbiyev, 31; Nikolas Raysel, 53 // Ramil Şeydayev, 81

04.04.2021. Premyer Liqa. “Sabah” – “Qəbələ” – 1:0

Ramil Şeydayev, 45+1

14.05.2021. Premyer Liqa. “Qəbələ” – “Sabah” - 2:2

Nikolas Raysel, 63 (p.); Stefan Vukçeviç, 65 // Xulio Sezar Rodriqez, 29; Slavik Alxasov, 59

2021/22 mövsümü

11.09.2021. Premyer Liqa. “Sabah” – “Qəbələ” – 0:2

Yaovi Akakpo, 53, Ülvi İsgəndərov, 90+3

31.10.2021. Premyer Liqa. “Qəbələ” – “Sabah” – 1:3

İsnik Alimi, 69 (p.) // Coy-Lens Mikels, 20; Fofana Tiemoko, 39; Aleksey İsayev, 63

08.02.2022. Premyer Liqa. “Sabah” – “Qəbələ” – 3:0

Coy-Lens Mikels, 38; Xuan Kamara, 41; Xulio Sezar Rodrigez, 76

21.05.2022. Premyer Liqa. “Qəbələ” – “Sabah” – 1:1

Murad Musayev, 68 // Aleksey Kaşuk, 86

2022/23 mövsümü

28.08.2022. Premyer Liqa. “Qəbələ” – “Sabah” – 0:2

Davit Volkov, 48; Coy Lens Mikels, 64

30.10.2022. Premyer Liqa. “Sabah” – “Qəbələ” – 2:1

Aleksey Kaşuk, 63; Davit Volkov, 90+3 // İsnik Alimi, 5 (p.)

01.02.2023. Premyer Liqa. “Qəbələ” – “Sabah” – 0:3

Davit Volkov, 61; Con İrasabal, 70; Coy Lens Mikels, 89

02.04.2023. Premyer Liqa. “Sabah” – “Qəbələ” – 3:2

İlkin Qırtımov, 9 (ö.q.); Coy Lens Mikels, 86; Aleksey Kaşuk, 90+5 // Ülvi İsgəndərov, 21; Feras Abu Akal, 28

2023/24 mövsümü

06.08.2023. Premyer Liqa. “Sabah” – “Qəbələ” – 5:0

Emmanuel Apeh, 20; Anatoli Nuriyev, 36; Aleksey İsayev, 44; Coy Lens Mikels, 57; Tellur Mütəllimov, 79

22.12.2023. Premyer Liqa. “Qəbələ” – “Sabah” – 1:0

Murad Musayev, 45+2

09.03.2024. Premyer Liqa. “Sabah” – “Qəbələ” – 2:1

Davit Volkov, 20, 41 // Əyyub Allaş, 45+3