“Səbail” – “Qəbələ”: 31-ci duel
Xəbərlər / 4 May 2024 | 20:49690
“Səbail” – “Qəbələ”: 31-ci duel

Misli Premyer Liqasında XXXIII tura start verilib. “Qəbələ” son oyun günündə meydana çıxacaq. “Qırmızı-qaralar” səfərdə “Səbail”lə görüşəcək.

 

Bu, rəqiblərin 31-ci dueli olacaq. Əvvəlki qarşılaşmalarda “Qəbələ” üstünlüyə malikdir. İndiyədək keçirilən 30 görüşdə 16 qələbəsi olan “qırmızı-qaralar” 6 görüşdən sülhlə ayrılıb. Paytaxt təmsilçisi isə 8 dəfə qalib gəlib. Rəqib qapısından 54 top keçirən “Qəbələ” 36 qol buraxıb. Ülvi İsgəndərovla Baqali Dabo “Səbail”ə daha çox – hərəyə 6 qol vurub. 

 

“Qəbələ” “Səbail”lə 26 dəfə çempionat, 4 dəfə kubokda üz-üzə gəlib. Premyer Liqada 12 qələbə və 6 heç-heçəsi olan “qırmızı-qaralar” 8 dəfə xalsız qalıb. Komandamız top fərqində də öndədir - 45-32.

 

16-cı dəfə “Səbail”lə rəqib meydanında qarşılaşacaq “qırmızı-qaralar” səfərdə 6 qələbə və 3 heç-heçəyə imza atıb. 6 görüşdə meydan sahibləri qalib gəlib. Bu matçlarda komandamız 21, rəqibi 22 dəfə fərqlənib.

 

Qeyd edək ki, mayın 6-da keçiriləcək matç “ASCO Arena”da baş tutacaq. Oyunun start fiti 19:00-da veriləcək. 

 

2017/18 mövsümü

17.09.2017. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 1:3

Vüqar Nadirov, 56 // Baqali Dabo, 42, 90+3; Asif Məmmədov, 60

04.11.2017. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 3:1

Famussa Kone, 16; Baqali Dabo, 29; 83 // Eltun Yaqublu, 88

11.12.2017. Azərbaycan kuboku. “Qəbələ” – “Səbail” – 1:0

Stiven Monroz, 59

15.12.2017. Azərbaycan kuboku. “Səbail” – “Qəbələ” – 2:4

Adrian Popoviçi, 16; Elman Taqayev, 78 // Filip Ozobiç, 22; Ruslan Qurbanov, 44; Famussa Kone, 56; Baqali Dabo, 75

24.02.2018. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 2:1

Vitali Vernidub, 25 (ö.q); Fəhmin Muradbəyli, 57 // Baqali Dabo, 68

15.04.2018. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 1:1

Famussa Kone, 82 // Fəhmin Muradbəyli, 55

 

2018/19 mövsümü

 12.08.2018. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 3:0

Asif Məmmədov, 23; Urfan Abbasov, 63; Ceyms Adeniyi, 82

09.12.2018. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 0:0

10.03.2019. Premyer Liqa. “Qəbələ” – “Səbail” –2:1 

Ceyms Adeniyi, 49, 55 // Elvin Yunuszadə, 84

27.04.2019. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 2:1 

Fəhmin Muradbəyli, 20; Ağabala Ramazanov, 25 // Bəhlul Mustafazadə, 41

 

2019/20 mövsümü

21.09.2019. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 1:1

Mirabdulla Abbasov, 68 // Rövlan Muradov, 17

09.11.2019. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 3:0

Davit Volkov, 22, 45+2; Ülvi İsgəndərov, 90+2

16.02.2020. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 3:1

Mirsahib Abbasov, 57; Rauf Əliyev, 70; Hendrik Ekşteyn, 82 (p.) // Nikolas Raysel, 16

 

2020/21 mövsümü

24.10.2020. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 1:1

Yurqen Qoxa, 4 // Hendrik Ekşteyn, 26

24.12.2020. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 1:3

Turan Manafov, 52 // Ülvi İsgəndərov, 20; Asif Məmmədov, 28; Ceyms Adeniyi, 90+3

09.03.2021. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 1:1

Rafael Utriq, 78 // Amil Yunanov, 57

03.05.2021. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 1:0

Amil Yunanov, 61

 

2021/22 mövsümü

18.09.2021. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 5:0

Rövlan Muradov, 65, Ülvi İsgəndərov, 84, Ehtiram Şahverdiyev, 89, Rafael Utziq, 90+1, İsnik Alimi, 90+5

07.11.2021. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 0:2

Emil Səfərov, 88, Məqsəd İsayev, 90+5

19.02.2022. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 2:0

Ülvi İsgəndərov, 79; İsnik Alimi, 90+7

10.04.2022. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 3:0

Adil Nağıyev, 41; Nikolas Raysel, 68; İbrahim Aslanlı, 73

 

2022/23 mövsümü

30.09.2022. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 1:2

Ağabala Ramazanov, 61 (p.) //İsnik Alimi, 54 (p.); Ülvi İsgəndərov, 90

03.12.2022. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 2:1

Feras Abu Akal, 35; Ülvi İsgəndərov, 65 // Kizito Luvaqa, 5

24.02.2023. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 2:2

Mirabdulla Abbasov, 51; Matiya Lyuyiç, 55 // Qustavo de Fransa, 20 (ö.q.); Ramon Maçado, 70

18.04.2023. Azərbaycan kuboku. “Qəbələ” – “Səbail” – 3:2

Rafael Utziq, 34, 66; Felipe Santos, 74 // İlkin Muradov, 9; Emil Martinov, 20

27.04.2023. Azərbaycan kuboku. “Səbail” – “Qəbələ” – 0:1

İsnik Alimi, 48 (p.)

01.05.2023. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 4:2

Ramon Maçado, 21, 90+4; Petro Stasyuk, 38 (ö.q.); Əyyub Allaş, 49 // Ruslan Hacıyev, 69; Mirabdulla Abbasov, 85

 

2023/24 mövsümü

07.10.2023. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 0:1

Rüfət Abdullazadə, 90+5 

15.12.2023. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 3:0

Yadin Luqasi, 18; İlkin Qırtımov, 52 (ö.q.); Aleksandr Ramalinqom, 60 (p.)

03.03.2024. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 2:3

Urfan Abbasov, 14; Osama Xalayla, 27 // Yusif Nəbiyev, 59; Rüfət Abdullazadə, 65; Nir Bardea, 90+1