Kapitana 250 nömrəli forma təqdim olundu
Xəbərlər / 19 May 2024 | 17:011005
Kapitana 250 nömrəli forma təqdim olundu

Asif Məmmədova “Qəbələ”nin 250 nömrəli forması təqdim olunub. “Qırmızı-qaralar”ın kapitanına hədiyyənin təqdimat mərasimi Misli Premyer Liqasının XXXV turunun “Araz-Naxçıvan”la matçından əvvəl baş tutub.

 

“Qırmızı-qaralar”ın heyətində keçirilən oyun sayında ikinci olan 38 yaşlı yarımmüdafiəçi yubiley qarşılaşmasına ötən tur çıxıb. O, XXXIV turun “Sabah”la evdəki görüşündə 250-ci dəfə komandamızın formasını geyinib.

 

Qeyd edək ki, Asif “Qəbələ” formasında keçirdiyi 250 oyunda 17 qol vurub. O, Premyer Liqada 195 matçda 13, Azərbaycan kubokunda 31 görüşdə 3, avrokubokların 24 qarşılaşmasında 1 dəfə fərqlənib.