“Zirə” – “Qəbələ” matçının vaxtı müəyyənləşdi
Xəbərlər / 21 Mart 2024 | 15:221518
“Zirə” – “Qəbələ” matçının vaxtı müəyyənləşdi

Misli Premyer Liqasında XXIX turun oyun cədvəli açıqlanıb. Aprelin 5-də start götürəcək turun görüşləri ayın 7-dək davam edəcək.

 

“Qəbələ” turun son günündə meydana çıxacaq. “Qırmızı-qaralar” səfərdə “Zirə” ilə qarşılaşacaq. Zirə İdman Kompleksinin stadionundakı görüşün start fiti saat 16:30-da veriləcək. 

 

Qeyd edək ki, matç “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

 

Misli Premyer Liqası

XXIX tur

7 aprel (bazar)

16:30. “Zirə” – “Qəbələ”

Zirə İdman Kompleksinin stadionu