«Xəzər-Lənkəran»-«Qəbələ» matçında qolsuz heç-heçə
Oyun icmalı / 10 Noyabr 2013 | 15:391000
«Xəzər-Lənkəran»-«Qəbələ» matçında qolsuz heç-heçə

"Xəzər-Lənkəran" - "Qəbələ" 0:0



10 noyabr 2013. Saat 17:00. Lənkəran şəhər stadionu. 4000 tamaşaçı
Baş hakim:  Vüsal Əliyev
Baş hakimin köməkçiləri: Rza Məmmədov, Namiq Hüseynov
Dördüncü hakim: Ramiz Məhərrəmov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Şahin Cəfərov
Sarı vərəqələr:  Nikola Valentiç, 23 (qeyri-idman hərəkəti); Luis Paulo Hilario, 36 (qeyri-idman hərəkəti); Nizami Hacıyev, 90 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.

Premyer Liqanın XIII turunda "Qəbələ" səfərdə "Xəzər-Lənkəran"la qarşılaşdı. İki gün ardıcıl yağışdan sonra Lənkəran Şəhər Stadionunun ot örtüyünün qənaətbəxş vəziyyətdə olmaması komandaların normal çıxışını imkansız etdiyini öncədən vurğulamaq yerinə düşər. 
Matç ot örtüyünün vəziyyətinə və meydançada toplanmış su qalıqlarına görə məzmunsuz hücumlarla zəngin oldu. Komandalar oyun boyunca əsasən top itkiləri ilə yadda qaldılar. 
İlk hissənin ən təhlükəli epizodu "Qəbələ"nin aktivinə yazıldı. Yannik Kamananın uzaq məsafədən zərbəsi effektli alınsa da, qapı tirindən qayıtdı. Hissənin sonlarına yaxın "qırmızı-qaralar" hesabı açmağı bacardılar. Lakin yan xətt hakiminin şübhəli ofsayd qərarı Subotiçin qolunun qeydə alınmaması ilə nəticələndi. İlk hissədə digər diqqətçəkən məqam Niassenin zədələnərək yerini Deyan Kelhara verməsi oldu.
İkinci hissə də, oyun keyfiyyəti baxımından ilk yarıdan fərqlənmədi. Komandalar hesabı açmaq uğrunda güzəştsiz mübarizə aparsalar da, tərəflərdən heç biri fərqlənməyi bacarmadı. Matçın son 10 dəqiqəsini "Qəbələ" azlıqda keçirmək məcburiyyətində qaldı. İkili mübarizədə zədələnən Ürfan Abbasov oyuna davam edə bilmədi. Bütün əvəzetmələrdən istifadə edən "qırmızı-qaralar" bu səbəbdən qarşılaşmanı 10 nəfərlə tamamladı. 



“Xəzər Lənkəran”

33. Duqlas Leita
4. Alvaro Silva 
7. Sadio Tounkara 
(22. Deivid Sakkoni, dəq.20)
(11. Zohair Benouahi, dəq.72)
10. Elnur Abdullayev 
(9. Uğur Pamuk, dəq.84)
12. Junior Nildo
14. Rahid Əmirquliyev (k)
18. Tural Cəlilov
20. Etame Mbilla 
21. Radomir Todorov
27. Adrian Skarlatake
55. Ağabala Ramazanov

Ehtiyat oyunçular:

1. Orxan Sadıqlı
8. Edu Oriol 
17. Kazım Kazımlı
23. Nikola Qliqorov

Baş məşqçi: Con Toşak

“Qəbələ”

27. David Pietrzkeviç
3. Nikola Valentiç
5. Sadiq Quliyev
6. Volodimir Levin (k)
8. Nizami Hacıyev 
10. Luis Hillario 
11. Yannik Kamanan 
18. İbrahima Niasse 
(84. Deyan Kelhar, dəq.37)
31. Daniel Subotiç
(9. Viktor Mendi, dəq.68)
34. Ürfan Abbasov 
42. Leonardo da Silva 
(14. Lorenzo Ebesilio, dəq.55)
 
Ehtiyat oyunçular:

25. Dieqo Kosta
4. Amid Quluzadə
22. Assis Rodriqes
33. Elvin Camalov
 
Baş məşqçi: Yuri Syomin