«Yagelloniya» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 17 İyul 2017 | 15:19254
«Yagelloniya» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi

“Qəbələ”nin UEFA Avropa Liqasının II təsnifat mərhələsində keçirəcəyi cavab oyununun hakimləri müəyyənləşib. İyulun 20-də Polşada “Yagelloniya” klubu ilə keçiriləcək görüşü rumıniyalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Sebastyan Koltesku olacaq.
“Yagelloniya” - “Qəbələ” oyunu Belostok şəhər stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

UEFA Avropa Liqası
II təsnifat mərhələsi
Cavab oyunu
20 iyul
22:30. “Yagelloniya” (Polşa) - “Qəbələ”
Baş hakim: Konstantin Sebastyan Koltesku (Rumıniya)
Baş hakimin köməkçiləri: Radu Adrian Stefan Ginquleaç, Vladimir Urzika (hər ikisi Rumıniya)
Dördüncü hakim: George Katalin Qaman (Rumıniya)
UEFA nümayəndəsi: Jan Pol Mievis (Belçika)
Hakim-inspektor: Qoran Mihalyeviç (Monteneqro)
Belostok. Şəhər stadionu
İlk oyun – 1:1