Yannik Kamanan «Qəbələ»də
Xəbərlər / 6 Yanvar 2012 | 20:00968
Yannik Kamanan «Qəbələ»də

Qış fasiləsində forvard Serje Cehua ilə yollarını ayıran “Qəbələ” hücum xəttini gücləndirib. Komandamız Türkiyə Superliqası klublarından "Mersin İdman Yurdu"nda çıxış edən Yannik Kamananı rənglərinə bağlayıb. Afrika əsilli fransız futbolçu ilə 2,5 illlik müqavilə imzalanıb.
Kamanan ötən gün İstanbulda Acibadem Fulya Xəstaxanasının Sağlamlıq Mərkəzində  müayinədən keçib. 30 yaşlı hücumçu yanvarın 11-də Qəbələdə təşkil olunacaq təlim məşq toplanışına qatılacaq və komanda ilə birlikdə məşqlərə başlayacaq.

Qeyd edək ki, karyerası ərzində İngiltərədə “Tottenhem”, Fransada “Strasburq”, “Dijon”, “Ayaçço”, İsraildə Təl-Əviv “Makkabi”si kimi klubların heyətində çıxış etmiş Yannik son 3 ili Türkiyə Superliqasında keçirib və bu müddət ərzində “Sivasspor”un (2,5 mövsümə 40 oyuna 15 qol) və “Mersin İdman Yurdu”nun (8 oyun) şərəfini qoruyub.