Yaovi Akakpo ilə 2,5 illik müqavilə imzalandı
Xəbərlər / 20 Fevral 2020 | 15:37753
Yaovi Akakpo ilə 2,5 illik müqavilə imzalandı

“Qəbələ” Yaovi Akakpo ilə müqavilə imzalayıb. 2019-cu ilin sonlarından “qırmızı-qaralar”ın düşərgəsində baxışda olan futbolçu ilə 2,5 illik anlaşma əldə olunub. Toqolu yarımmüdafiəçi 2022-ci ilin yayına qədər komandamızın formasını geyinəcək. 21 yaşlı afrikalı buna qədər vətənində çıxış edib. O, “Pumas” klubunun şərəfini qoruyub.