Yenə ikinci hissə, yenə əzmkar qələbə
Oyun icmalı / 11 Avqust 2013 | 11:40514
Yenə ikinci hissə, yenə əzmkar qələbə

Topaz Premyer Liqası. II Tur. 

"Qəbələ" - "İnter" 3:2

11 avqust 2013. Saat 18:00. Qəbələ şəhər stadionu. 1100 tamaşaçı
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Mehman Mahmudov, Vaqif Musayev
Dördüncü hakim: İnqilab Məmmədov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Asim Xudiyev
Sarı vərəqələr: Aleksandr İaşvili, 55 (qeyri-idman hərəkəti); Brüs Abdulaye, 67 (qeyri-idman hərəkəti); Asif Məmmədov, 90+2 (qeyri-idman hərəkəti)
Qollar: Leonarda da Silva, 54 (p.); Vladimir Levin, 70; İbrahima Niasse, 83 // Slavço Georgiyevski, 20; Vaqif Cavadov, 90
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.

II turda “Qəbələ” doğma publika önündə “İnter”i qəbul etdi. Bu qarşılaşmada baş məşqçimiz Yuri Syomin heyətdə yalnız bir dəyişiklik etmişdi. O, dayaq 
yarımmüdafiəçisi İbrahima Niassenin əvəzinə nominal hücumçu Viktor Mendinin adını ilk “11-liy”ə salmışdı. Hücum futboluna üstünlük verən "qırmızı-qaralar” ilk dəqiqələrdən təşəbbüsə yiyələnsələr də, qol epizodlarını sağa-sola xərclədilər. Əvəzində qonaqlar 20-ci dəqiqədə hesabı açdılar. Məğlub duruma düşdükdən sonra komandamız ilk hissənin sonlarına qədər vəziyyəti dəyişə bilmədi. Fasilədə yenə Yuri Syominin təcrübəsi işə yaradı. Yetirmələrini motivasiya etməyi bacaran rusiyalı mütəxəssis bunun bəhrəsini ikinci hissədə gördü. Fasilədən qayıtdıqdan bir neçə dəqiqə sonra Mendi “Qəbələ”yə penalti qazandırdı. Leonardo da Silva şansını boşa vermədi – 1:1. Çox keçmədi ki, kapitan Vladimir Levin Amit Quluzadənin assisentliyi sayəsində başla gözəl qol vurdu. Xatırladaq ki, V.Levin bu ilin yayında “İnter”dən klubumuza keçib. Bakılıların daha bir sabiq üzvü İbrahima Niasse də keçmiş komandasını cəzalandırdı. Y.Syominin 75-ci dəqiqədə yarımmüdafiə xəttini möhkəmləndirmək üçün mübarizəyə qoşduğu Niasse cəmi 8 dəqiqə sonra topu tora qovuşdurdu. Qalan vaxtda “İnter”in kapitanı Vaqif Cavadovun vurduğu qol isə təsəlli xarakteri daşıyırdı. Komandamız ardıcıl 2 qələbə qazanaraq, turnir cədvəlində 3-cü pilləyə yüksəldi.
 
"Qəbələ"

 27. David Pietrzkeviç, 2. Rail Məlikov, 4. Amit Quluzadə, 6. Volodimir Levin (k), 9. Viktor Mendi (18. İbrahima Niasse), 10. Luis Paulo Hilario (8. Nizami Hacıyev), 11. Yannik Kamanan (19. Abdulvahid Afolabi), 14. Lorenzo Ebesilio, 15. Umar Kalabane, 34. Ürfan Abbasov, 42. Leonardo da Silva
 
Baş məşqçi: Yuri Syomin
 
 “İnter”

 25. Səlahət Ağayev, 4. İvan Benitez (10. Daniel Genov), 5. Slavço Georgiyevski, 7. Ruslan Əmircanov, 9. Aleksandr İaşvili (11. Asif Məmmədov), 20. Brüs Abdulaye, 28. Baçana Sxadadze 33. Matija Spiçiç, 47. Abdulla Abatsiyev, 70. Vaqif Cavadov (k), 77. Flavio Bek Junior (44. Joao Paulo de Souza)
 
Baş məşqçi: Kaxaber Sxadadze