Yeni baş məşqçi - Fatih Kavlak
Xəbərlər / 17 Noyabr 2011 | 05:00999
Yeni baş məşqçi - Fatih Kavlak

“Qəbələ” Futbol Klubunun məşqçisi Fatih Kavlak bu gündən etibarən komandanın baş məşqçisi vəzifəsini icra edəcək. Gari Stivens isə əvvəlki – yardımçı məşqçi postunda qalıb. Bu barədə qərar klubun bu gün keçirilən iclasında qəbul olunub. İclasın təfərrüatları barədə məlumat verən klubun baş meneceri Zaur Əzizov yeni baş məşqçi axtarışında olmadıqlarını vurğulayıb:” Öncə komandanın məşqçi heyəti, daha sonra isə futbolçularla toplantı keçirdik. Qərara gəldik ki, Fatih Kavlak bu gündən baş məşqçi vəzifəsini yerinə yetirsin. Fatih Kavlak komandaya yaxından bələddir və onun qarşıdakı oyunlarda uğur qazanacağına inanırıq. Hazırda yeni baş məşqçi axtarışında deyilik”.