Yeniyetmə cüdoçulardan 3 medal
Cüdo / 3 Mart 2015 | 18:19516
Yeniyetmə cüdoçulardan 3 medal

Martın 1-2-də Şağan Olimpiya Kompleksində Xocalı soyqırımına həsr olunan yeniyetmələr arasında 6-cı ənənəvi beynəlxalq cüdo turniri keçirilib. Yarışda 32 komandanı təmsil edən 467 idmançı çıxış edib. Turnirdə “Qəbələ” İdman Klubunun təmsilçiləri də mübarizə aparıb. İdmançılarımız bu yarışı 3 medalla başa vurub. 34 kq çəki dərəcəsində qüvvəsini sınayan Bəndəli Bəndəliyev turnirdə uğurla çıxış edərək, finala qədər irəliləyib. O, yalnız həlledici qarşılaşmada uduzub və gümüş medala yiyələnib. Digər iki təmsilçimiz isə yarışı bürünc medalla başa vurub. 42 kq çəki dərəcəsində Sadiq Məmmədov, 50 kq çəki dərəcəsində isə Fərid İgidov fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.