Yoxlama oyununda 4 qol
Xəbərlər / 5 Sentyabr 2020 | 19:00411
Yoxlama oyununda 4 qol

“Zirə” – “Qəbələ” – 3:1

(Şəhriyar Rəhimov, 28, Ağabala Ramazanov, 75, Rangel da Silva, 75 // Romah Hüseynov, 38)

Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə hazırlıqlarını Bakıda davam etdirən “Qəbələ” yoxlama görüşü keçirib. “Qırmızı-qaralar” “Zirə” ilə görüşüb. Baş məşqçi Elmar Baxşıyev bu görüşün start heyətində aşağıdakı “11-liy”ə şans verib: Tərlan Əhmədli, Yusif Nəbiyev, Qismət Alıyev, Murad Musayev, Rasim Ramaldanov, Merab Qiqauri, Cavid Hüseynov, Ülvi İsgəndərov, Roman Hüseynov, Stefan Vukçeviç, Rodriqo Qattas.

Qarşılıqlı hücumlarla başlayan matçın ilk yarısında iki qol vurulub. Meydan sahibləri 28-ci dəqiqədə fərqlənib. “Qəbələ” fasiləyə 7 dəqiqə qalmış rəqib qapısına yol tapıb. Roman Hüseynov dəqiq zərbə ilə hesabda tarazlıq yaradıb. 

Oyunun fasiləsində və ikinci hissədə hər iki komandanın heyətində əvəzetmələr reallaşıb. “Qəbələ”də meydana Anar Nəzirov, Nikolas Raysel, Asif Məmmədov, Samir Qurbanov, Yaovi Akakpo, Yurgen Qoxa, Kamran Quliyev və Sadiq Quliyev daxil olub. İkinci hissədə də oyunun ssenarisi dəyişməyib. Hər iki komandanın hücumlar təşkil etdiyi 45 dəqiqədə bakılılar daha iki qol vurub. Beləliklə, 4 qolun vurulduğu yoxlama matçında meydan sahibləri 3:1 hesablı qələbə qazanıb.

Xatırladaq ki, “Qəbələ” Premyer Liqada növbəti oyununu sentyabrın 13-də “Sabah”a qarşı keçirəcək.