«Yüz faizlik şanslardan yararlana bilmədik»
Xəbərlər / 18 Yanvar 2018 | 15:08329
«Yüz faizlik şanslardan yararlana bilmədik»

“Qəbələ” 2017-2018-ci illər mövsümünün ikinci yarısına hazırlıq prosesinin ilk mərhələsini başa vurub. “Qırmızı-qaralar”ın kapitanı Cavid Hüseynov İsveçrənin “Sürix” klubu ilə görüş (0:1), həmçinin toplanışın ilk mərhələsi barədə fikirlərini açıqlayıb:

“Təlim-məşq toplanışı yaxşı keçdi. Həm fiziki, həm taktiki hazırlıq üzərində çalışdıq. İki yoxlama matçında qüvvəmizi sınadıq. İlk matçla müqayisədə “Sürix”lə görüş nisbətən ağır keçdi. Qarşılaşmada bəzi boşluqlar buraxdıq. Xüsusilə də ikinci hissədə öz oyunumuzu göstərə bilmədik. Amma bizim də şanslarımız çox oldu. Amma , 100 faizlik imkanlardan yararlana bilmədik. Ümumilikdə toplanışın ilk yarısını normal hesab etmək olar. Qarşıda hazırlığın ikinci mərhələsi var. İnanıram ki, həmin hazırlıq prosesində üzərimizdə çalışıb, bu çatışmazlıqları aradan qaldıracağıq”.