Zamiq Atakişiyev ukraynalı boksçu ilə döyüşəcək
Boks / 12 Dekabr 2017 | 18:53962
Zamiq Atakişiyev ukraynalı boksçu ilə döyüşəcək

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirəcək. Təmsilçimiz Rusiyanın Yekaterinburq şəhərində baş tutacaq boks gecəsində qüvvəsini sınayacaq. 31 yaşlı boksçumuz dekabrın 15-də keçiriləcək “Extra Round5” çərçivəsində ukraynalı German Skobenko ilə qarşılaşacaq. Superağır çəkidə baş tutacaq döyüş 6 raund davam edəcək.

Xatırladaq ki, Atakişiyev peşəkar rinqdə keçirdiyi 4 döyüşün hamısında qələbə qazanıb. Bunların ikisində təmsilçimiz nokautla qalib gəlib. Onun rəqibinin hesabında isə biri nokautla olmaqla 4 qələbə və bir məğlubiyyət var.