Zamiq Atakişiyevdən erkən qələbə
Boks / 31 İyul 2016 | 20:17669
Zamiq Atakişiyevdən erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib. İdmançımız ilk döyüşünü Latviyanın Riqa şəhərində keçirib. Ağır çəki dərəcəsində çıxış edən boksçumuz “Riqa Arena”da təşkil olunan qarşılaşmalar çərçivəsində rusiyalı Vladimir Qonçarovla üz-üzə gəlib. 6 raund davam etməli olan görüş artıq ilk hissədə başa çatıb. Rəqibinə qarşısıalınmaz zərbələr endirən Zamiq 1-ci raundun 2-ci dəqiqəsində texniki nokautla qalib gəlib.
Təmsilçimiz qarşılaşmadan sonra debütü haqda qısa fikirlərini açıqlayıb: “Mən kikboksçu olsam da, peşəkar boksda debüt etdim. Debütümün belə erkən qələbə ilə başa çatması mənim üçün də gözlənilməz oldu. Bu bir sürpriz idi”.