«Zirə» - «Qəbələ» matçının hakimləri müəyyənləşdi
Xəbərlər / 25 Oktyabr 2017 | 21:01270
«Zirə» - «Qəbələ» matçının hakimləri müəyyənləşdi

Topaz Premyer Liqasında X turun təyinatları açıqlanıb. Oktyabrın 27-də start götürüb, üç gün davam edəcək turun qarşılaşmalarını idarə edəcək hakimlər müəyyənləşib. “Qəbələ”nin “Zirə” ilə səfər oyununun təyinatları da bəlli olub. Oktyabrın 28-də keçiriləcək oyunu Fariz Yusifov idarə edəcək. Zirə İdman Kompleksinin stadionunda baş tutacaq matçda onun köməkçiləri Azər Əsgərovla Mübariz Haşımov olacaq. Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə  yetirəcək. 

Xatırladaq ki, oktyabrın 28-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” - “Qəbələ” matçı saat 17:00-da başlayacaq.

 

Topaz Premyer Liqası

X tur

28 oktyabr (şənbə)

17:00. “Zirə” - “Qəbələ”

Baş hakim: Fariz Yusifov

Baş hakimin köməkçiləri: Azər Əsgərov, Mübariz Haşımov

Dördüncü hakim: Əliyar Ağayev 

Zirə İdman Kompleksinin stadionu