Qəbələ Futbol Klubu
az en
 
Ana səhifə Əlaqə Linklər
 
 
  Yeniyetmə futbolçuların nəzərinə!
   
   Turnir cədvəli
 
 
     
 

Akademiyaya seçmələr start götürür

Sabah Qəbələdə Futbol Akademiyasına seçmələr start götürəcək. Ayın sonuna kimi davam edəcək prosesdə istənilən yeniyetmə futbolçunun iştirakı mümkündür.


"Qəbələ" PFK Uşaq Futbol Akademiyası 2009-cu ilin əvvəlində təsis olunub. Akademiyaya ilk seçim başa çatmaqda olan ilin yay aylarında aparılıb. Təxminən 600 azyaşlı futbolçu arasından 40 nəfər seçilərək akademiyaya cəlb olunub. Onlar hazırda U-13, U-15 və U-17 komandalarında "Qəbələ"nin şərəfini qoruyurlar və bu qısa müddət ərzində milli komanda seleksiyaçılarının da diqqətini çəkə biliblər. Akademiyaya seçilən futbolçular yaşayış yeri və qidalanma ilə təmin olunurlar, eyni zamanda orta məktəb təhsillərini Qəbələ şəhərində davam etdirmək imkanı qazanırlar.

Qarşıdan gələn seçmələrdə futbolçular akademiyanın inzibati binasında yerləşdiriləcəklər. Seçmələrdə yaşı 17-yə qədər olan istənilən futbolçu iştirak edə bilər.

6-31 yanvar tarixinə təyin olunan seçmə prosesə qatılmaq istəyənlər aşağıdakı şəxslə əlaqə saxlaya bilərlər:

Yusibov Muraz - (050) 4757778, (055) 3757778

 
   

 

                 

 

  Klub O Q H M F X  
1   İnter 22 15 4 3 36-18 49  
2   Xəzər-Lən. 22 12 8 2 29-11 44  
3   Qarabağ 22 11 9 2 21-12 42  
4   Bakı 22 10 7 5 22-17 37  
5   QƏBƏLƏ 22 10 6 6 24-21 36  
6   Neftçi 22 9 8 5 20-14 35  
7   Simurq 22 9 7 6 26-21 34  
8   Olimpik-Şüv. 22 6 7 9 20-23 25  
9   Muğan 22 4 6 12 21-29 18  
10   Turan 22 3 6 13 23-30 15  
11   Standard 22 2 5 15 16-34 11  
12   Karvan 22 2 5 15 17-36 11  

    Bombardirlər  

    Növbəti oyun

 
         
  A.Nyaqa 9  
  K.Torres 5  
  T.Stolpa 4  
  İ.Melnik 4  
  K.Kərimov 3  
 
Oyun yoxdur.
 
           
 
Copyright © 2008. Qəbələ Peşəkar Futbol Klubu Design by Rashad & Latif