Qəbələ Futbol Klubu
az en
 
Ana səhifə Əlaqə Linklər
 
 
  Son oyunda məğlub olduq
   
   Turnir cədvəli
 
 
     
 

"Qəbələ" Sergey Sokolovla müqavilə bağladı

"Qəbələ" bu gün Türkiyə toplanışını sona çatdıraraq Bakıya qayıdır. Komandamız toplanış çərçivəsində 5 yoxlama görüşü keçirib. Sonuncu oyunda rəqibimiz "İnçon Yunayted" klubu olub.


Koreya çempionatını 4-cü yerdə bitirən "İnçon Yunayted"lə qarşılaşmada Ramiz Məmmədov "Olimpik-Şüvəlan"la vacib çempionat oyunu ərəfəsində son taktiki sxemləri nəzərdən keçirib. Görüş koreyalıların 1:0 hesablı qələbəsi ilə sona çatıb. Beləliklə, "Qəbələ" Antalya toplanışını 5 matçla sona çatdırıb. Futbolçularımız "Tom"a (Rusiya) 2:1, "GDR Libolo"ya (Anqola) 3:0 hesabı ilə qalib gəlib, "Baltika" (Rusiya) ilə 1:1 hesablı heç-heçə edib, "Geonqam"a (Koreya) 1:3, "İnçon Yunayted"ə 0:1 hesabı ilə uduzub.

Qeyd etdiyimiz kimi, baxışda olan portuqaliyalı futbolçu - Paulinyo Lopes Tavares məşqçilər korpusu tərəfindən bəyənilib. 1984-cü dekabrın 10-da Portuqaliyanın paytaxtı Lissabonda anadan olan yarımmüdafiəçi karyerasına yerli "Kampomayorense"də start verib. Ardınca Fransaya gedərək 2004-06-cı illərdə "Kreteyl", növbəti mövsümü isə "Villemombl"da keçirib. 2008-ci ildən etibarən İsveç "Trelleborq"unda çıxış edən Paulinyo 20 görüşdə meydançaya çıxıb və 3 qol vurub.

Ondan başqa, daha bir futbolçunun "Qəbələ"yə keçidi dəqiqləşib. Söhbət millimizin sabiq futbolçusu (7 oyun) Sergey Sokolovdan gedir. "Simurq"dan ayrılan təcrübəli oyunçu artıq "Qəbələ" ilə birillik müqaviləyə qol çəkib. Sokolov saytımıza açıqlamasında yeni klubuna keçdiyi üçün şad olduğunu və bundan sonra var gücü ilə çalışıb komandanın yüksək yerlər tutması üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

Xatırladaq ki, Sokolovun Azərbaycana gəlişi 2004-05 mövsümünə təsadüf edir. O vaxt "Gəncə" klubunun baş məşqçisi olan Şahin Diniyev müdafiəçini Rusiyadan ölkəmizə gətirmiş və o , 2005-06 mövsümünün 2-ci dövrəsinə qədər "Gəncə"də, ardınca isə "Qarabağ"da çıxış etmişdi. 2006-07 mövsümündə, Sokolov karyerasının ən gözəl dövrlərini yaşadığı vaxt Şahin Diniyev tərəfindən milli komandaya da cəlb edilmiş, lakin böyük bir qalmaqal futbolçunun uzun müddət sevimli peşəsindən kənarda qalmasına səbəb olmuşdu. Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Belçika ilə səfər oyunundan (0:3) sonra götürülən dopinq testi Sokolovun diskvalifikasiya edilməsinə səbəb olmuşdu. Belə ki, dopinq testi gözlənilmədən müsbət nəticə vermiş və futbolçu FİFA tərəfindən bütün rəsmi turnirlərdən uzaqlaşdırılmışdı. Yalnız ötən mövsümün əvvəlində karyerasını bərpa edən Sergey "Simurq"la müqavilə bağladı. Və geridə qalan 1 tam və 1 yarımçıq mövsüm ərzində Zaqatala klubunun heyətində 41 oyuna (4 qol) çıxdı. Həm müdafiənin mərkəzində, həm də ön müdafiəçi mövqelərində oynamağı bacaran Sokolov "Simurq"un düşərgəsindən ayrılaraq "Qəbələ" ilə müqavilə bağladı. Qeyd edək ki, Sergey Sokolov 1977-ci il martın 12-də Rusiyada anadan olub.

Sonda qeyd edək ki, Yaşar Abuzərovla bir illik, Anatoli Ostapla 6 aylıq müqavilə bağlayan "Qəbələ" Mikola Gibalyuk, Vladimir Bondarçuk, Milan Marinkoviç, Azər Məmmədov və Mikayıl Namazovu transferə çıxarıb.

28.01.2010

 
   

 

                 

 

  Klub O Q H M F X  
1   İnter 22 15 4 3 36-18 49  
2   Xəzər-Lən. 22 12 8 2 29-11 44  
3   Qarabağ 22 11 9 2 21-12 42  
4   Bakı 22 10 7 5 22-17 37  
5   QƏBƏLƏ 22 10 6 6 24-21 36  
6   Neftçi 22 9 8 5 20-14 35  
7   Simurq 22 9 7 6 26-21 34  
8   Olimpik-Şüv. 22 6 7 9 20-23 25  
9   Muğan 22 4 6 12 21-29 18  
10   Turan 22 3 6 13 23-30 15  
11   Standard 22 2 5 15 16-34 11  
12   Karvan 22 2 5 15 17-36 11  

    Bombardirlər  

    Növbəti oyun

 
         
  A.Nyaqa 9  
  K.Torres 5  
  T.Stolpa 4  
  İ.Melnik 4  
  K.Kərimov 3  
 
   
Xəzər-Lənkəran | Qəbələ

  Turnir: Premyer Liqa
  Gün: 12.03.2010
  Vaxt:00.00
  Yer:Lənkəran şəhər stadionu
 
           
 
Copyright © 2008. Qəbələ Peşəkar Futbol Klubu Design by Rashad & Latif