|
"Qəbələ" PFK-nın AFFA-nın bayrağı altında çıxış etdiyi ilk yarış Azərbaycan çempionatının birinci divizonu olub. 2005-06 mövsümündə çıxışına başlayan klub həmin il birinci divizionun qalibi adını qazanaraq yüksək liqaya vəsiqə qazanıb.
Növbəti mövsüm yüksək liqada debüt edən "Qəbələ" PFK 13 kollektiv arasında 11-ci yeri tutmaqla "Gənclərbirliyi" və "Şahdağ"ı qabaqlayıb və yüksək dəstədə yerini qoruyub. 2007-2008 mövsümündə "Qəbələ" PFK Azərbaycan Premyer Liqasında gözlənildiyindən yaxşı çıxış edərək "Bakı", "Karvan", "Simurq" kimi kollektivləri geridə qoymağı bacarıb. Son mövsümdə komandamız 35 xal toplayaraq ikiillik Premyer Liqa tarixindəki ən yaxşı nəticəsinə imza atıb.
Üç dəfə iştirak etdiyi Azərbaycan kuboku uğrunda yarışlarda ilk dəfə "Turan"a, ikinci dəfə "Bakı"ya məğlub olaraq 1/8 finalda mübarizəni dayandırıb. Sonuncu dəfə MOİK, "Simurq" və "Bakı"ya qalib gələrək yarımfinala vəsiqə qazanıb. Bu mərhəldə "Xəzər-Lənkəran"a uduzub və çıxışını yarımçıq başa çatdırıb.
2005-06 MÖVSÜMÜ
Azərbaycan çempionatının I divizionu (1-ci yer)
O Q H M T/F X
30 22 6 2 72-14 72
Azərbaycan kuboku (1/8 finala qədər)
O Q H M T/F X
4 2 1 1 6-1 7
2006-07 MÖVSÜMÜ
Azərbaycan çempionatının yüksək liqası (11-ci yer)
O Q H M T/F X
24 4 4 16 17-47 16
Azərbaycan kuboku (1/8 finala qədər)
O Q H M T/F X
4 2 0 2 11-5 6
2007-08 MÖVSÜMÜ
Azərbaycan Premyer Liqası (6-cı yer)
O Q H M T/F X
26 11 3 12 33-36 36
Azərbaycan kuboku (yarımfinala qədər)
O Q H M T/F X
8 3 3 2 10-8 12
|