FƏLSƏFƏMİZ

 “Qəbələ” Futbol Klubu Akademiyasının fəlsəfəsi akademiyaya daxil olan hər bir uşağa futbolun nəzəri və prakatik yönlərini öyrətməklə yanaşı, onlarda sağlam xarakter və düşüncə formalaşdıracaq xüsusiyyətlərin aşılanmasından ibarətdir. Bizim üçün Akademiya yalnız bina, meydança və futbol oyunundan ibarət deyil.  “Qəbələ” Futbol Klubu Akademiyasında hər futbolçuya istedadı, fiziki və psixoloji durumu ilə xarakteri nəzərə alınaraq fərdi yanaşılır. Onların akademiya sıralarından böyük futbola gedən yolda öz potensiallarını maksiuma çatdırıb güclü futbolçu və sağlam xarakterli fərdə çevrilmələri üçün hər birinin ehtiyacına görə proqramlar tətbiq olunur. Bu proqramlar “hər məşq, hər oyun bir müəllimdir” prisnipi ilə aparılır.

Bu fəlsəfənin hakim olduğu “Qəbələ” Futbol Klubu Akademiyasının məqsədləri

-      “Qəbələ” Futbol Klubunun əsas heyətində çıxış edə biləcək futbolçular yetişdirmək,

-      Eyni zamanda futbolçuların klub ənənələrinə,peşəkarlığa və  komanda yoldaşları ilə rəqibə hörmət edəcək xarakterdə yetişməsini təmin etmək,

-      Hər bir futbolçunun fərdi inkişaf üçün nələrə ehtiyac duyduğunu müəyyən etmək üçün Akademiya, valideyn və məktəb  əməkdaşlığını təmin etməkdən ibarətdir.