AFFA-nın aşağı yaş qrupları üzrə komandalar arasında keçirdiyi liqalarda növbəti oyunlar keçirilib. Artıq çempionluğu təmin edən U-17 öncə “Qarabağ” (0:0), ardınca “Sumqayıt”la (5:1) qarşılaşıb. 31 oyundan sonra komandamızın hesabında 77 xal var. Qızıl medalları qazanan U-16 “Vətən”ə 0:4 hesabı ilə uduzub. 27 matçdan sonra “qırmızı-qaralar”ın hesabında 64 xal var. U-15 “Qarabağ”la görüşdə 3:1 hesablı qələbə qazanıb. 25 matçda 62 xal toplayan “Qəbələ” yarışın lideridir.
U-14, U-13, U-12, U-11 və U-10 liqalarında isə final mərhələsi davam edir. Öncə 1/8 finalın cavab oyunlarını keçirən komandalar ardınca 1/4 finalın ilk matçlarında qüvvələrini sınayıblar. Bu mərhələdəki 5 komandadan üçü qələbə qazanıb. 1/8 finalda “Viləş”i (7:0, 6:0) məğlub edən “Qəbələ”nin U-14 komandası 1/4 finalın ilk matçında “Neftçi” PFK-a uduzub – 0:1.
U-13 Liqasındakı iki təmsilçimizdən biri – UGİM 1/8 finalda “Zirə”ni keçə bilməyibsə (0:1, 1:2), “Qəbələ” Mingəçevir UGİM-indən güclü olub – 3:0, 3:0. Komandamız 1/4 finalın ilk oyununda “Sumqayıt”a 4:0 hesabı ilə qalib gəlib.
“Qəbələ” U-12 Liqasında 1/8 finaldakı rəqibi “Ağsu”nu iki dəfə məğlub edib – 3:0, 3:0. “Sumqayıt”la 1/4 finalın ilk oyununda isə “qırmızı-qaralar” 0:1 hesablı məğlubiyyətlə üzləşib. U-11 Liqasında komandamız öncə “Ağsu” (10:0, 6:0), ardınca “Sumqayıtspor” (3:1) üzərində qələbələri sıralayıb.
U-10 Liqasında Gİİ 1/8 finalda “Vətən RİOEUGFM” səddini adlaya bilməyib - 1:5, 2:6. “Qəbələ” bu raundda “Azəri TİM”ə qalib gəlib – 4:0, 6:1. “Qırmızı-qaralar” “Zirə” ilə ilk görüşdən də qalib ayrılıblar – 2:0.