17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq. Yanvarın 8-dən 22-dək davam edəcək toplanış Qəbələdə baş tutacaq. Komandanın hazırlıqlarında 28 futbolçu iştirak edəcək. Yığmanın baş məşqçisi Ramin Quliyev toplanışa “Qəbələ”nin 11 futbolçusunu dəvət edib. Bunlar Vüsal Şabanov, Müşviq Nadirov, Nemət Şıxamirov, Rüfət Əhmədov, Nika Baçaliaşvili, Nazim Həsənzadə, Veysəl Rzayev, Çingiz Məmmədov, Samir Məhərrəmov, Kamal Kazımov və Rauf Məhərrəmovdur.