13 yaşlılarımız “RİGA OPEN CUP 2012” turnirində
Xəbərlər / 23 Dekabr 2011 | 20:00748
13 yaşlılarımız “RİGA OPEN CUP 2012” turnirində

“Qəbələ” klubu Qəbələ Futbol Akademiyasında təlim görən yeniyetmə futbolçuların hazırlığının peşəkar səviyyəyə çatdırılması üçün xarici ölkələrdə keçirilən beynəlxalq turnirlərə böyük önəm verir. Bu il akademiya komandalarının bir neçə beynəlxalq turnirdə iştirakını təmin edən klub yaxın günlərdə daha bir kollektivi xaricə göndərəcək. 
“Qəbələ”nin 13 yaşlılardan ibarət komandası yanvarın 16-dan 18-dək Latviya paytaxtı Riqada “OPEN CUP 2012” turnirində iştirak edəcək. 
Turnirdə “Dinamo” (Riqa) və “Metallurq” (Liepeya, hər ikisi Latviya), Strogino Akademiyasının komandası (Moskva, Rusiya), “KuİF” (Finlandiya), “Şyaulyay” (Litva) və “Pryanu” (Estoniya) komandaları mübarizə aparacaq.
“Qəbələ” Latviyada bu heyətlə təmsil olunacaq: Nail Kərimov (Qəbələ Futbol Akademiyasının direktor müavini), Recep Yazıçı (baş məşqçi), Sərdar Qafarov (məşqçi), Teymur Musayev (qapıçı məşqçisi), Şabəddin Məmmədov (fizioterapevt), Xəyyam Cəlalov (inzibatçı), Polad Mehrəliyev (kameraman): futbolçular - Ülvi Xəlilzadə,  Fərman Bayramov, Aqşin Hüseynov, Yusif Yusifzadə, Faiq Hacıyev, Tural Əjdərli, Rəsul Yolçuyev, Murad Qayalı, Elmir Ağamirov, Ülvi Əliyev, Emin İsmayılov, İlkin Abdullayev, Fərid Nəbiyev, Osman Soltanov, Əli Məzahirli, Rəvan Rəfiyev, Cavidan Qasımlı, Elvin İmanlı.