“Qəbələ”nin altı futbolçusu 19 yaşadək oyunçulardan ibarət Azərbaycan yığmasına çağırılıb. Bunlar Müşfiq Nadirov, Nemət Şıxəmirov, Rüfət Əhmədov, Tural Nəsirov, Samir Məhərrəmli və Veysəl Rzayevdir. Onlar milli komandanın yanvarın 14-dən 17-dək Bakıda, yanvarın 18-dən 28-dək Türkiyənin Antalya şəhərində keçiriləcək təlim-məşq toplanışında iştirak edəcək. Bu müddətdə yığma iki yoxlama matçında qüvvəsini sınayacaq. Komandamız yanvarın 25-də və 27-də Makedoniyanın müvafiq yaş qrupundan ibarət yığma ilə görüşəcək.