17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. “Qəbələ”nin 7 futbolçusu milli komandaya çağırılıb. Bunlar Vüsal Şabanov, Nemət Şıxəmirov, Rüfət Əhmədov, Nika Baçaliaşvili, Veysəl Rzayev, Samir Məhərrəmli və Rauf Məhərrəmovdur.
Futbolçularımızın da heyətində yer aldığı yığma iyulun 31-dən avqustun 5-dək Belarusun paytaxtı Minskdə hazırlıq keçəcək. Hazırlıq çərçivəsində Belarus millisi ilə 2 yoxlama oyunu keçiriləcək. Bu qarşılaşmalar avqustun 2-də və 4-də baş tutacaq.