“Qəbələ”nin 8 futbolçusu 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına çağırılıb. Bunlar İxtiyar Məmiyev, Emil Süleymanov, Fərid Kələntərov, Nuğay Rəşidov, Namiq Şamilov, Ibrahim Ramazanov, Sərxan Mirzəzadə və Məmməd Muradovdur. Onlar yığmanın hazırlıq prosesi və yoxlama oyunlarına dəvət olunublar. U-16 oktyabrın 18-dən 22-dək Bakıda, oktyabrın 22-dən 25-dək Moldovada təlim-məşq toplanışı keçirəcək. Hazırlıq müddətində milli Moldovanın müvafiq yaş qrupundan ibarət yığması ilə yoldaşlıq oyunları keçirəcək. Bu matçlar oktyabrın 23-də və 25-də baş tutacaq.