17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gündən etibarən təlim-məşq toplanışına başlayıb. Ukraynanın paytaxtı Kiyevdə hazırlıq keçən milli komandanın heyətində “Qəbələ”nin 9 futbolçusu yer alıb. Bunlar Vüsal Şabanov, Müşviq Nadirov, Nemət Şıxəmirov, Rüfət Əhmədov, Nika Baçaliaşvili, Nazim Həsənzadə, Veysəl Rzayev, Samir Məhərrəmli və Rauf Məhərrəmovdur.
Yığmamız sentyabrın 18-də və 20-də Ukraynanın müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunları keçirəcək.