Ad Günün Mübarək, Sahil!!!
Xəbərlər / 19 Yanvar 2013 | 18:091041
Ad Günün Mübarək, Sahil!!!

Antalyada hazırlıqlarını davam etdirən "Qəbələ"nin 17 yaşa qədər futbolçulardan ibarət komandasının futbolçusu Sahil Mirzəyev ömrünün 17 ilinə qardaş ölkədə qədəm qoyub. 16 yaşının tamamını məşqçi heyəti və futbolçularla qeyd edən Sahil onun şərəfinə hazırlanmış tortu kəsib. Ad günü münasibətilə məşqçilər və futbolçular Mirzəyevə təbriklərini çatdırıblar.

"Qəbələ" Futbol Klubu gənc futbolçunu ad günü münasibətilə təbrik edir, ona gələcək karyerasında uğurlar arzulayır.