“Qəbələ”nin altı futbolçusu 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına çağırılıb. Bunlar İbrahim Ramazanov, Namiq Şəmilov, Ülvi Mədətov, Gülağa Əsədov, Rauf Rüstəmli və Mehrac Bəxşəliyevdir. Onlar milli komandanın təlim-məşq toplanışında iştirak edəcək. Yığmamızın hazırlıq prosesi sentyabrın 12-dən 22-dək keçiriləcək. Millinin toplanışı Bakıda baş tutacaq.