19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq. Hazırlıq prosesi iyunun 9-dan 11-dək Bakıda, 12-dən 21-dək isə Qəbələdə baş tutacaq.
“Qəbələ”nin altı futbolçusu toplanışda iştirak edəcək. Samir Ağayev, Eşqin Əhmədov, Ravil Qafarov, Şahin Şahniyarov, İlkin Budaqov və Sənan Ağalarovun yer aldığı millimiz hazırlıq çərçivəsində iki yoldaşlıq oyunu keçirəcək. U-19 iyunun 16-da gürcüstanlı, 20-də isə belaruslu yaşıdları ilə qarşılaşacaq.