19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq. U-19 sentyabrın 4-dən 6-dək Bakıda, 7-dən 12-dək isə Albaniyanın Tirana şəhərində hazırlıq keçəcək.
Toplanışda “Qəbələ”nin 5 oyunçusu iştirak edəcək. Eşqin Əhmədov, Ravil Qafarov, Şahin Şahniyarov, Sənan Ağalarov və Xəyyam Məmmədli U-19-a çağırılıb.
Yığmamız hazırlıq çərçivəsində sentyabrın 9-da və 11-də Albaniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq oyunu keçirəcək.