17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoldaşlıq oyunları keçirəcək. Bu matçlar üçün yekun heyət açıqlanıb.
Aprelin 18-də və 20-də Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq millimizin hazırlıq prosesində “Qəbələ”nin dörd üzvü iştirak edəcək. Bunlar Həbib Hüşənov, Səmid Əhmədov, Ömər Kərimov və Ziya Şəkərxanovdur.