17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışı başlayıb. Bu gün start götürən hazırlıq mərhələsi aprelin 29-dək davam edəcək.
UEFA İnkişaf turnirində iştirak edəcək U-17-nin yekun heyəti toplanışdan sonra müəyyənləşəcək. Bakıda keçirilən hazırlıqlarda “Qəbələ”nin 4 futbolçusu iştirak edir. Bu oyunçular Həbib Hüşənov, Səmid Əhmədov, Ömər Kərimov və Ziya Şəkərxanovdur.
Xatırladaq ki, yığmamız mayın 1-dən 7-dək Albaniyanın paytaxtı Tiranada təşkil keçiriləcək UEFA İnkişaf turnirində iştirak edəcək.