17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının sentyabrın 3-dən 7-dək Bakıda, 8-dən 13-dək isə Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışı olacaq. “Qəbələ”nin dörd futbolçusu hazırlıq prosesinə çağırılıb. Bunlar Həbib Hüşənov, Səmid Əhmədov, Ömər Kərimov və Ziya Şəkərxanovdur.
U-17 hazırlıq çərçivəsində sentyabrın 9-da və 12-də Türkiyənin müvafiq yaş qrupundan ibarət komandasına qarşı iki yoldaşlıq oyunu keçirəcək. Bakı toplanışından sonra yoldaşlıq oyunları üçün yekun heyət müəyyənləşəcək.