“Qəbələ”nin futbolçusu Allahverdi Şirinov Azərbaycanın U-16 yığmasına çağırılıb. O, 16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Türkiyənin Ərzurum şəhərində təşkil olunacaq “U-16 Türkdilli Ölkələr Turniri” üçün heyətində yer alıb.
Sentyabrın 29-dan oktyabrın 7-dək Türkiyə Futbol Federasiyasının təşkilatçılığı ilə baş tutacaq turnirdə U-16 millimiz Türkmənistan və Türkiyə yığması ilə A qrupunda mübarizə aparacaq. Millimiz Türkiyə səfəri öncəsi sentyabrın 25-dən 28-dək Bakıda təlim-məşq toplanışı keçəcək.