Gənc “Qəbələ”lilər Şəhidlər Xiyabanını ziyarət etdilər
Xəbərlər / 26 Fevral 2012 | 13:41689
Gənc “Qəbələ”lilər Şəhidlər Xiyabanını ziyarət etdilər

Gənc futbolçuların peşəkar yetişməsi ilə yanaşı vətənpərvər ruhda böyüməsinə xüsusi diqqət yetirən “Qəbələ” Futbol Akademiyası  Xocalı Soyqırımının 20-ci ildönümü ilə bağlı Qəbələ Şəhidlər Xiyabanını ziyarət edib. Məşqçi və futbolçu heyətinin iştirakı ilə gerçəkləşən ziyarət zamanı Şəhidlərin ruhu yad edilib, məzarları önünə əklil qoyulub. Akademiyanın məşqçisi Hüseynqulu Quliyev 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda xalqımıza qarşı ermənilər tərəfindən törədilən vəhşiliklər barədə gənc futbolçulara məlumat verib. Onlara bu günün tariximizdəki önəmindən bəhs edib. Mərasimin sonunda bir daha Şəhidlərimizə Allahdan rəhmət dilənib, həlak olanların yaxınlarına, doğmalarına, bütün Azərbaycan xalqına   dərin hüznlə başsağlığı verilib.