UEFA Gənclər Liqasında keçiriləcək “Herta” (Almaniya) - “Qəbələ” oyununa təyinatlar açıqlanıb. Çempionlar yolunun II mərhələsinin cavab qarşılaşmaları çərçivəsində baş tutacaq matçın hakimləri müəyyənləşib. Noyabrın 28-də keçiriləcək oyunu Macarıstandan olan hakimlər briqadası idarə edəcək. Berlindəki “Vurfplats” stadionunda baş tutacaq görüşün baş hakimi Ferens Karako olacaq. Ona həmyerliləri Tibor Çatari və Norbert Bornemissa kömək edəcək. Qarşılaşmanın dördüncü hakimi funksiyasını Almaniya təmsilçisi Lasse Kozlovski yerinə yetirəcək.
Xatırladaq ki, noyabrın 28-də Berlindəki “Vurfplats” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. 3 həftə əvvəl Qəbələdə baş tutan ilk oyunda Almaniya çempionu 3:1 hesabı ilə qalib gəlib.
UEFA Gənclər Liqası
Çempionlar yolu
II mərhələ, cavab oyunu
28 noyabr
16:00. “Herta” (Almaniya) - “Qəbələ”
Hakimlər: Ferens Karako, Tibor Çatari, Norbert Bornemissa (hamısı Macarıstan), Lasse Koslovski (Almaniya)
Berlin. “Vurfplats” stadionu
İlk oyun – 3:1