18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının seleksiya xarakterli təlim-məşq toplanışı keçiriləcək. Hazırlıq prosesində “Qəbələ”nin iki oyunçusu da iştirak edəcək.
Raul Babayev və Murad Əbilov yığmanın heyətində yer alıblar. Millimiz aprelin 28-dən mayın 3-dək Dalğa Təlim-Məşq Mərkəzində toplanış keçəcək.