17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. “Qəbələ” klubunun iki futbolçusu yığmaya çağırılan heyətdə yer alıb. Bunlar Lamiyə Qurbanova və Anna Abulaşvilidir. Onlar UEFA İnkişaf turnirində çıxış edəcək millimizin formasını geyinəcək. Yığmamız aprelin 17-21-də Monteneqronun Podqoritsa şəhərində meydan sahibləri, həmçinin Bosniya və Herseqovina ilə Qazaxıstan milliləri ilə görüşəcək.