“Qəbələ”nin iki futbolçusu Azərbaycanın U-16 yığmasına çağırılıb.
Mehdi İsmayılov və Tunar Bayramov 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışına qatılacaqlar. İyunun 15-dən 21-dək keçiriləcək hazırlıq prosesi Bakıda gerçəkləşəcək.
U-16 toplanış çərçivəsində iki yoxlama görüşü keçirəcək. Millimiz iyunun 19-da və 21-də Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Hər iki görüş Binə stadionunda təşkil olunacaq və saat 18:00-da başlanacaq.